REGİONLAR


Astarada yol hərəkəti qaydalarını pozan sürücülər cəzalandırılıblar

Astara, 11 avqust, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tədbirlər planına əsasən Astara rayonunda reyd keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reydin məqsədi avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosferin çirklənməsinin qarşısının alınmasıdır.

Reyd zamanı xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb, sürücülərə tələblər və qaydalar izah edilib.

Bütün bunlarla yanaşı, digər qayda pozuntuları da aşkarlanıb. Sərxoş halda avtomobili idarə edərək həm özünün, həm də başqalarının həyatını təhlükəyə atan, sürücülük hüququ olmadan sükan arxasına keçənlər, avtomobildə müxtəlif konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozan sürücülər cəzalandırılıblar.

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi İlqar Rəhimzadə bildirib ki, reyd zamanı həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər müəyyən edilərək barələrində protokol tərtib olunub. Rayon ərazisində bu cür reydlər vaxtaşırı təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.