REGİONLAR


Astaralı gənc müəllimə Respublika müsabiqəsində uğurla çıxış edib

Astara, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən Respublika onlayn esse müsabiqəsində Astara Pedoqoji Kollecinin psixoloqu Şəbnəm Hüseynova ilk onluqda yer alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyatdan keçmiş 101 gəncin hazırladığı esselər qiymətləndirilib, müsabiqənin qalibləri və fərqlənənlər müəyyən edilib. İlk onluğa layiq görülənlər arasından I, II və III yerlərin qalibləri və 7 nəfər fərqlənənlər seçilib.

Bakı şəhərində Gənclər və İdman Nazirliyində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qalibləri təbrik edərək, digər mükafatçılarla birgə Şəbnəm Hüseynovaya da fəxri fərman və mükafat təqdim edib.

Qeyd edək ki, gənc müəllimə Şəbnəm Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetini 3 il əvvəl bitirərək Astara Pedaqoji Kollecində əmək fəaliyyətinə başlayıb.

AZƏRTAC-0-

BƏ CR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.