REGİONLAR


Astaralı gənclər basketbol üzrə Respublika turnirinin zona birinciliyində uğurla çıxış ediblər

Astara, 5 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-17 yaşlı könüllü gənclər arasında keçirilən basketbol üzrə “Könüllülər kuboku” turnirinin zona birinciliyində astaralı gənclər uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zona yarışlarında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Zona birinciliyində Astaranın qızlardan və oğlanlardan ibarət komandaları mükafata layiq yerlərə sahib olublar. Astaranın qızlardan ibarət komandası birinci, oğlanlardan ibarət komandası isə ikinci yerləri tutaraq Respublika turnirinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Respublika turnirinin final mərhələsinin avqustun 14-16-da Göygöl Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.