REGİONLAR


Astaralı gənclər startap layihələrin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər

Astara, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Mərkəzi Kitabxanasında Gənclər Fondunun maliyyə dəstəyi və "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyi təşkilatçılığı ilə "Region gəncləri arasında startap layihələrin hazırlanması bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Astara Pedaqoji Kollecinin tələbələri və müəllimləri, rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə çıxış edən "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən danışıblar.

Layihənin təlimçisi, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Rafət Şirəliyev startap bizneslərin əhəmiyyəti, ideyaların müəyyən edilməsi və təhlili, biznesə çevrilməsi, biznes planlarının hazırlanması və digər mövzularla bağlı çıxış edib.

Təlimdə gənclər qrup işlərində startap layihələrinin hazırlanmasında bilik və bacarıqlarını nümayiş etdiriblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.