REGİONLAR
Astaralı gənclər yeni ili birlikdə qeyd ediblər
Astara, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Eyvazov və başqaları gəncləri əlamətdar bayramlar münasibətilə təbrik edərək dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən danışıblar.
Tədbir iştirakçıları Şaxta baba və Qar qızla birgə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Bayram şənliyində Mədəniyyət Mərkəzinin “Sevinc” instrumental ansablı rəngarəng konsert proqramı ilə çıxış edib.