REGİONLAR


Astaralı idmançılar İranda keçirilən IV Beynəlxalq Karate Festivalında birinci yerə sahib olublar

Astara, 19 fevral, Bağır Əliyev, AZƏRTAC

İran İslam Respublikasının Astara şəhərində keçirilən kikboksinq üzrə IV Beynəlxalq Karate Festivalında astaralı idmançılar uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda İran, Azərbaycan, Türkiyə və Gürcüstanı təmsil edən idmançılar qələbə uğrunda mübarizə aparıblar.

Beynəlxalq festivalda ölkəmizi astaralı idmançılar Ülvin Qəmbərov və karate idman növləri üzrə məşqçi-müəllim, III dan qara kəmər ustası Zamin Baxşıyev təmsil ediblər.

Zamin Baxşıyev 65, Ülvin Qəmbərov isə 85 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək birinci yerə sahib olublar.

Qaliblərin mükafatlandırılması mərasimində Ülvin Qəmbərova beynəlxalq festivalın diplomu, Zamin Baxşıyevə isə diplom və döyüş kəməri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.