REGİONLAR


Astaralı kümçülər 182 kiloqram yaş barama təhvil veriblər

Astara, 24 iyun, Bağır Əliyev, AZƏRTAC

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamına müvafiq olaraq Astara rayonunda ənənəvi təsərrüfat sahəsi olan baramaçılıq yenidən inkişaf etdirilir.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb. İndiyədək “Azəripək” MMC-yə 182 kiloqram yaş barama təhvil verilib.

Qeyd edək ki, məhsul istehsalçılarına baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən tədarük məntəqəsində istehsalçılara bir kiloqram yaş barama üçün əlavə 4 manat ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.