REGİONLAR


Astaralı məktəblilər Respublika Fənn Olimpiadasında qızıl və bürünc medala layiq görülüblər

Astara, 8 iyun, Bağır Əliyev, AZƏRTAC

Astaralı məktəblilər Respublika Fənn Olimpiadasında uğurlu nəticələr qazanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika Fənn Olimpiadasında Astara rayonunun Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Hüseynov Salman Zaman oğlu birinci yeri tutaraq qızıl, rayonun Şağlazüzə kənd tam orta məktəbinin VIII sinif şagirdi Fətəliyeva Səhər Emin qızı üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.