REGİONLAR


Astaralı məktəblilər “Sərhəd” hərbi idman oyunlarının zona birinciliyində qalib gəliblər

Astara, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi idman oyunlarının zona birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Lənkəran, Astara və Lerik rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Zona birinciliyində komandalar “Sıra hazırlığı”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndir dartma”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Maneələrin dəf olunması”, ”Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” mərhələlərində qüvvə və bacarıqlarını sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci yerə sahib olaraq, iyun ayında “Sərhəd” hərbi idman oyunlarının respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.