REGİONLAR


Astaralı yeniyetmə idmançı Bakıda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Astara, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev 51 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən beynəlxalq turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Gürcüstanı təmsil edən 230-dan artıq yeniyetmə pəhləvan qələbə uğrunda mübarizə aparıb.

Yarışda astaralı idmançı Musa Ağayev ardıcıl olaraq dörd rəqibinə qalib gələrək final mərhələsinə yüksəlib. O, finalda Rusiya idmançısı Adam Arxiyev üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

M.Ağayev Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplomu, medalı, xüsusi kuboku, eləcə də yarışların “Ən ədalətli idmançısı” diplomu ilə mükafatlandırılıb.

Mükafatları yeniyetmə idmançıya Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namik Abdullayev təqdim ediblər.

Qeyd edək ki, Musa Ağayev Astara Uşaq Gənclər İdman Şahmat Məktəbinin şagirdidir, onu yarışa sərbəst güləş üzrə Əməkdar məşqçi Məhərrəm Ağayev hazırlayıb.

Astara Rayon Gənclər və İdman İdarəsində M.Ağayev və onun məşqçisi ilə idarədə görüş keçirilib.

Görüşdə çıxış edən İdarənin rəisi Ərçə Əliyev 2020-ci ildə Astaraya ilk idman qələbəsini gətirən yeniyetmə idmançını və onun məşqçisini təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.