REGİONLAR
Astaranın Burzubənd kəndində yeni məktəb binası tikilir
Astara, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunun Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binası tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə “Litosfer” MMC-nin inşaatçıları tərəfindən tikilən ikimərtəbəli, üç korpusdan ibarət yeni təhsil ocağının tikintisində 20-də çox yerli işçi çalışır.
Müasir arxitektura üslubunda tikilən təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait olacaq.
Ərazidə 120 metr dərinliyində artezian quyusu qazılıb, 30 və 100 tonluq su anbarları inşa edilib. İşıq, istilik və su sistemləri quraşdırılacaq, məktəbin həyətində idman meydançası və istirahət guşələri yaradılacaq.
Yeni məktəb binasının 2019-cu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]