REGİONLAR


Astaranın Şəmətük və Doli kəndlərində modul tipli yeni məktəb binaları istifadəyə verilib

Astara, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bilik Günü Astara rayonunun dağlıq ərazisində yerləşən iki kənddə - Şəmətük və Doli kəndlərində yeni məktəb binaları istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni dərs ilinin ilk günündə məktəb binasının istifadəyə verilməsi hər iki kəndin sakinlərinin böyük sevincinə səbəb olub. 20 şagird yerlik Şəmətük və 40 şagird yerlik Doli kənd ibtidai məktəbləri üçün inşa edilmiş modul tipli binalarda şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində çıxış edənlər şagirdləri və müəllimləri Bilik Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Qeyd olunub ki, son illər Astara rayonunda 40-dan çox yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Hazırda Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən yeni binalarda son tamamlama işləri aparılır.

Yerli sakinlər, müəllimlər, şagirdlər və valideynlər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.