REGİONLAR
Astaranın çəltik sahələrindən 822,1 ton məhsul yığılıb
Astara, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu il Astara rayonunda 204,6 hektar sahədə çəltik əkilib. İndiyədək 199,6 hektar sahədə biçin aparılıb. Sahələrdən, ümumilikdə, 822,1 ton çəltik yığılıb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib. Bildirilib ki, rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Haşimi”, “Sədri” və “Apola” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib və çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,19 sentner olub.
Qeyd edək ki, 2019-cu ildə Astara rayonunda 237 hektar sahədə çəltik əkini aparılıb və bu sahələrdən 997 ton məhsul yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]