REGİONLAR


Astaranın çəltik sahələrindən indiyədək 482 ton məhsul yığılıb

Astara, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun çəltik sahələrində məhsul yığımı kampaniyası davam edir. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.

Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib.

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, bu il rayonda 204,6 hektar sahədə çəltik əkilib. İndiyədək 117,5 hektar çəltik sahəsindən 482,3 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41 sentner təşkil edib.

Qeyd edək ki, ötən il Astara rayonunda 236,7 hektar sahədən 994 ton düyü məhsulu istehsal olunub.

Rayonda çəltik yığımı sentyabrın sonlarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.