REGİONLAR


Astaranın dağətəyi ərazilərində yeni sitrus bağları salınır

Astara, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına müvafiq olaraq, Astara rayonunun dağətəyi ərazilərində yeni sitrus bağlarının salınmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin cənub bölgəsində dağlıq ərazidə salınmış sitrus meyvə bağları üçün əsas çətinlik qış aylarında şaxtalı havaların çox olmasıdır. Dağətəyi ərazilərdə isə bu təhlükə yoxdur.

Fermer Nadir Muradov bu əkin üsulunun səmərəsindən danışaraq deyib: “Dağətəyi ərazilərdə torpaqda su qalmadığından şaxta əkilən sitrus bitkilərinə təsir etmir. Şaxta təsir etməsin deyə, meyvə ağaclarını hündür ərazilərdə əkirik. Bu, aqrotexniki cəhətdən də sərfəlidir. Belə ki, qış aylarında soyuğa qarşı güclü mühafizə tədbirlərinin görülməsinə ehtiyac qalmır.”

Mütəxəssislərin fikrincə, rayonun dağətəyi ərazilərində yeni sitrus bağlarının salınması illərlə boş qalan ərazilərdən səmərəli istifadəyə və məhsul bolluğuna səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.