REGİONLAR


Astaranın dağlıq ərazisindən keçən Təxtənəkəran-Miki avtomobil yolunda torpaq sürüşməsi baş verib

Astara, 16 may, Bağır Əliyev, AZƏRTAC

Astaranın dağlıq ərazisindən keçən, rayon mərkəzindən 40 kilometr uzaq məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolunda torpaq sürüşməsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolda torpaq qatının sürüşərək hərəkət zolağını daraltması nəticəsində avtomobillər üçün bir sıra çətinliklər yaranıb.

Yerli sakinlərin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub.

Astara Rayon Fövqalədə Hallar Komissiyasından verilən məlumata görə, hazırda yolda 49 nömrəli yol istismarı MMC-nin inşaatçıları tərəfindən təmir və bərpa işləri davam etdirilir.

Uzunluğu 5 kilometr olan Təxtənəkəran-Miki avtomobil yolu 2017-ci ilin dekabrında əsaslı təmir olunaraq istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.