REGİONLAR


Astaranın sitrusçuluqla məşğul olan mütəxəssisləri türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Astara, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC

Türkiyənin Çukurova Universitetinin Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzi ilə Astara rayonunun sitrus mütəxəssisləri arasında tez-tez görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Astaranın sitrusçuluqla məşğul olan mütəxəssisləri Türkiyənin Adana şəhərində yerləşən Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzində və Hatay şəhərində təcrübə mübadiləsi aparmaq məqsədilə qardaş ölkədə olublar.

Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzinin direktoru, professor Saadettin Baloğlu Mərkəzin tingçilik təsərrüfatında aparılan calaq işləri, tingçiliyin yaradılması mərhələləri, toxumun əkilməsi və qulluq edilməsi, sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəliklərlə qarşı mübarizə tədbirləri barədə məlumat verərək, bu sahədə astaralı həmkarlarına tövsiyələrini bildirib.

Astaralı mütəxəssislər səfər çərçivəsində tingçilik təsərrüfatının qurulması qaydalarının öyrənilməsi məqsədilə Hatay şəhərində olublar. Burada Çapağ Fidançılıq Mərkəzinin rəhbəri Atif Cabbarla görüş keçirilib. O, tingçiliyin qurulması, onlara qulluq qaydaları, hansı növ tinglərə üstünlük verilməsi ilə bağlı astaralı həmkarlarını məlumatlandırıb.

Səfər zamanı toplanılan zəngin təcrübə Astara rayonunda sitrusçuluğun elmin son nailiyyətləri əsasında daha sürətlə inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.