REGİONLAR


Astaranın yeniyetmə boksçuları Bakıda üç qızıl və bir gümüş medal qazanıblar

Astara, 22 yanvar, Bağır Əliyev, AZƏRTAC 

Bakı şəhərindəki “Cənub” İdman Klubunun boks zalında Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında boks üzrə açıq Respublika birinciliyində Astaranın yeniyetmə boksçuları üç qızıl və bir gümüş medal qazanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda Astaranı təmsil edən 4 yeniyetmə boksçunun hamısı mükafata layiq yerlərə sahib olub.

Açıq Respublika birinciliyində astaralı boksçulardan Raman Mirzəzadə 30, Əli Əliyev 36 və Amin Kərimov 32 kiloqram çəki dərəcələrində birinci, Surac Kərimov isə 42 kiloqram çəki dərəcəsində ikinci yeri tutub.

Yeniyetmə boksçuları yarışa məşqçi-müəllim Elnur Bəşirov hazırlayıb.

Astara Rayon Gənclər və İdman İdarəsində açıq Respublika birinciliyində uğur qazanmış yeniyetmə boksçularla keçirilən görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev idmançıları təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışan Ə.Əliyev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.