CƏMİYYƏT
Astrofiziklər günəş küləyinin yaranma sirrini açıqlayıblar
Bakı, 3 sentyabr, AZƏRTAC
Astronomlar ilk dəfə günəş küləyinin yarandığı yerdən günəş tacının “ləçəkləri” arasında sərhədi görüblər ki, bu da onlara hissəcik və enerji axınının yaranma təbiətini üzə çıxarmağa kömək edib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə məlumat “Astrophysical Journal” nəşrində dərc edilən məqalədə yer alıb.
Boulder Cənub-Qərb Tədqiqat İnstitutunun (ABŞ) əməkdaşı Kreyq Deforest tədqiqatla bağlı bildirib ki, Günəş planetindən uzaqlaşdıqca onun nüvəsinin yaratdığı maqnit sahəsi daha tez dağılır və sonda bu materiya özünəməxsus qaza çevrilir. Günəşin materiyası bu vəziyyətdə “dezinteqrasiya” etməyə və topacıqlara parçalanmağa başlayır ki, sonda Günəş tacı və açıq kosmos arasından kənara doğru qalxan plazma axını ilə işıqlıqdan kənara aparılır. Günəş küləyi bu cür yaranır, heliosfer adlandırılan qovuq Yer, Pluton və Günəş sisteminin bütün planetlərini, habelə 18 milyard kilometr məsafədə yerləşən səma cisimlərini bürüyür.
Günəş küləyinin mövcudluğu, qütb parıltısının formalaşmasında onun rolu, Mars və digər kosmik fenomenlərdə atmosferin yoxa çıxması ötən əsrin 50-ci illərində elmə məlum olub. Hesab olunur ki, ilk dəfə bu, kometaların quyruqlarını müşahidə edən alman astronomu Lüdviq Birman tərəfindən və öz cihazları ilə bu plazma axınını müşahidə etmiş “Luna-1” sovet zondu vasitəsilə kəşf edilib.