ELM VƏ TƏHSİL
Astronomlar ilk dəfə qədim qalaktikada oksigenin miqdarını ölçüblər
Bakı, 7 avqust, Günel Məlikova, AZƏRTAC
Kaliforniyanın bir neçə universitetinin astrofizikləri qədim bir qalaktikada oksigenin miqdarını ölçüblər.
Mütəxəssislər bunu Havay adalarında yerləşən Keck teleskopu vasitəsilə həyata keçiriblər. Onlar COSMOS-1908 adlı qalaktikanı müşahidə ediblər ki, bu qalaktikanın işığı Yer kürəsinə 12 milyard ilə çatır. Tədqiqatçılara görə, bu, oksigen miqdarının ölçülməsi mümkün olan ən uzaq qalaktikadır. Alimlər bunu Keck I teleskopunda quraşdırılan həssas infraqırmızı MOSFIRE spektrinin köməyi ilə əldə etdiklərini bildiriblər. Aparılan tədqiqatlar nəticəsində COSMOS-1908-də oksigenin günəşdən 20 faiz çox olduğu müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]