İQTİSADİYYAT
“Əşyaların İnterneti” laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıbYENİLƏNİB
Bakı, 29 oktyabr, Elvin Camalov, AZƏRTAC
“Əşyaların İnterneti” laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən “Əşyaların İnterneti” laboratoriyası yaradılacaq.
Memorandumu “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin” direktoru Rauf Cabbarov və “Microsoft Azərbaycan” MMC-nin baş direktoru Sərxan Həşimov imzalayıb.