İQTİSADİYYAT


“Əşyaların interneti sahəsinin inkişaf perspektivləri və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Əşyaların interneti sahəsinin inkişaf perspektivləri və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əşyaların interneti ekosisteminin cari vəziyyəti, bu sahədə mövcud maneələrin aradan qaldırılması, ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdə əşyaların internetinin inkişafının sürətləndirilməsi, standartların tətbiqi və hüquqi bazanın formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Dəyirmi masada Azərbaycanda əşyaların interneti sahəsində xidmət göstərən və bu xidmətlərdən istifadə edən şirkətlər, o cümlədən mobil operatorlar və internet provayderlər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.