ELM VƏ TƏHSİL


Əşyaların interneti üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub

Bakı, 20 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda əşyaların interneti (IoT) üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əşyaların interneti bir çox “ağıllı” cihazları bir yerə toplamaq, təhlil etmək, işləmək, məlumatı bir-birinə ötürmək imkanı verən və şəbəkəyə bağlayan nisbətən yeni texnologiyadır. Bu, lazımsız tullantıların həcmini, göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırır, istehsal və logistik xərcləri azaldır. Əşyaların interneti tibb sahəsində bir sıra imkanlara yol açır. IoT-un əsas vəzifələrindən biri düzgün sistem arxitekturasını seçmək və inkişaf etdirməkdir. IoT üçün yeni intellektual sistemlərin yaradılması, texnologiyaların inkişaf etdirilməsi iqtisadiyyatın inkişafına böyük kömək göstərəcək, “ağıllı” şəhər və kəndlərin sürətli inkişafına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.