İQTİSADİYYAT
“AtaBank” “Bakı 2017”də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 11 may, AZƏRTAC
"AtaBank" IV İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank" ASC-nin iki filial mayın 11-dən 22-dək həftə sonları daxil olmaqla, hər gün saat 09:00-dan 21:00-dək gücləndirilmiş iş rejimində işləyəcək:
"Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00–dan 21:00-dək (fasiləsiz)
"Mərkəz" filialı - Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi 102; 09:00–dan 21:00-dək (fasiləsiz).
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.