İQTİSADİYYAT
“AtaBank” “Mastercard” debet və kredit kart sahiblərinə 15 faiz endirim təklif edir
Bakı, 17 avqust, AZƏRTAC
"AtaBank" ASC ilə "Mastercard" beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank" "Mastercard" və ya "Maestro" debit və kredit kart sahibləri "MyDutyFree" saytı (www.mydutyfree.net) və ya "App Store"/"Play Store"dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Duty Free" mağazalarında mallara 15 faiz endirim əldə edə bilərlər. Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir: "MyDutyFree" saytı və ya tətbiq üzərindən seçdiyiniz məhsulu əvvəlcədən sifariş edirsiniz, sifarişi edərkən müvafiq xanaya "MastercardBaku" promokodunu daxil edirsiniz, uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Aeroportu, 1-ci Terminalda yerləşən xüsusi "MyDutyFree" kassalarında istənilən növ "AtaBank"ın "Mastercard"/"Maestro" plastik kartları ilə ödənişi həyata keçirirsiniz. Məhsulun tam dəyəri "AtaBank"ın "Mastercard"/"Maestro" plastik kartları ilə ödənilməlidir. Kampaniya dekabrın 31-dək davam edəcək.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.