İQTİSADİYYAT
“AtaBank” və “MasterCard”dan yeni reklam aksiyası
Bakı, 31 oktyabr, AZƏRTAC
“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, “AtaBank”ın “MasterCard” sahibləri “UBER X”də qeydiyyatdan keçərək 10 manatadək ilk 2 gedişi pulsuz əldə edirlər. “UBER X” aksiyası dekabrın 31-dək etibarlıdır.
Qeyd edək ki, “AtaBank”ın “MasterCard Gold” və “MasterCard Platinum” kart sahibləri “UBER Select”də qeydiyyatdan keçib 10 manata qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər.
“UBER Select” aksiyası gələn il fevralın 1-dək qüvvədədir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber” əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “AtaBank”ın “MasterCard” kartları vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində “MasterCardBaku” promo kodunu daxil edib lazımi ünvana sifariş vermək lazımdır.
Aksiyada yalnız “MasterCard” vasitəsilə “Uber”də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.