İQTİSADİYYAT
“AtaBank” yeni şöbəsində geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir
Bakı, 15 avqust, AZƏRTAC
"AtaBank" ASC-nin şəhərin mərkəzində, “28 May” metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən "Sahil" şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları ilə seçilir.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, burada ABŞ dolları, avro, ingilis funt-sterlinqi, İsveçrə frankı, Rusiya rublu, türk lirəsi, gürcü larisi, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Səudiyyə Ərəbistanı rialı, İran rialı, yapon yeni, Qazaxıstan tengəsi kimi valyuta-mübadilə əməliyyatları etmək mümkündür.
Bundan əlavə, müştərilərin rahatlığını düşünərək yeni istifadəyə verilmiş "Sahil" şöbəsi artıq valyuta-mübadilə əməliyyatlarını şənbə günləri də həyata keçirməyə imkan yaradacaq. "Sahil" şöbəsi bazar ertəsindən şənbə günü daxil olmaqla saat 9:00-dan 18:00-dək müştərilərin xidmətindədir.
Valyuta məzənnələri ilə bağlı məlumatlar və digər suallar üçün əlaqə nömrəsi: (012) 136.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com