İQTİSADİYYAT


“AtaBank”ın kreditini hesab.az vasitəsilə ödə

Bakı, 10 sentyabr (AZƏRTAC). “AtaBank” ASC müştərilərinə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “Goldenpay” şirkəti ilə yeni əməkdaşlığa başlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bu əməkdaşlıq sayəsində “AtaBank” ASC-dən kredit götürən müştərilər üçün ödənişlərini daha asan və daha rahat şəkildə ödəmələrinə imkan yaradacaq layihə hazırlanıb. Yeni layihəyə əsasən, bankın bütün müştəriləri hesab.az elektron xidmətlər portalından istifadə edərək istənilən vaxt ödənişlərini onlayn həyata keçirə biləcəklər.

Onlayn ödəmə sistemi müştərilərə banka gəlmədən və növbədə vaxtlarını itirmədən kredit ödənişlərini ödəmək imkanını yaradır. Bundan əlavə, onlayn ödəmə sisteminin əsas üstünlüklərindən biri müştərilərə ödənişlərini istənilən bankın plastik kartı vasitəsilə reallaşdırmaq imkanının yaradıla bilməsidir. Kreditini onlayn ödəmək istəyən müştəri hesab.az portalında müvafiq bölməyə daxil olmaqla “AtaBank” bölməsini seçərək ödənişini rahat həyata keçirə bilər. İstifadəçilərin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək məqsədilə portalda ödəniləcək kredit haqqında məlumatların hər dəfə sistemə yenidən daxil edilməməsi üçün “Şəxsi kabinet” adlı xüsusi bölmə yaradılıb. Bu bölməyə məlumatların yalnız bir dəfə daxil edilməsi istifadəçiyə gələcəkdə qısa bir müddətdə asanlıqla kreditinin ödənilməsi imkanını yaradacaq. Bundan əlavə, “Şəxsi kabinet”də bütün ödənişlər barədə informasiya öz əksini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.