İQTİSADİYYAT


“AtaSığorta” ASC-nin “Cənub” filialı fəaliyyətə başlamışdır

Bakı, 9 dekabr (AZƏRTAC). “AtaSığorta” ASC yeni “Cənub” filialını istifadəyə vermişdir.

ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran şəhəri, Həzi Aslanov küçəsi, 48A ünvanında yerləşən yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsulları təqdim ediləcəkdir.

“Cənub” filialının açılış mərasimində iştirak edən “AtaSığorta” ASC-nin idarə heyətinin sədri Müseyib Əliyev demişdir ki, şirkət hər zaman keyfiyyətli və operativ sığorta xidmətləri göstərməklə müştərilərinə daha yaxın olmağa çalışır. Regionlarda yeni filial və nümayəndəliklərin açılması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və strateji plana uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.