CƏMİYYƏT


“AtaSığorta”nın kollektivi Mərdəkanda 300-dən çox ağac əkib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da “AtaSığorta” ASC növbəti ağacəkmə aksiyası keçirib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin əməkdaşları Mərdəkan ərazisində 300-dən çox müxtəlif növ ağac əkib. Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bir gündə 650 min ağac əkək” kampaniyası keçirilir və aksiya respublikanın bütün regionlarını əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.