Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ata, səni gözləyirik...

Bakı, 29 iyul, AZƏRTAC

Tunar gecələr atasının şəkillərini qucaqlayıb yatır…

Teyyub atasının ona aldığı velosipedə baxaraq doluxsunur...

Uşaqlar bu itki ilə barışmaq istəmirlər. 11 yaşlı Teyyub xatırlayır: “Hər axşam onun gəlişini gözləyirdik. İşdən gələndə üçümüzə də hədiyyə alıb gətirir və bizimlə oynayırdı. Onun aldığı velosipedlə məhəllədə gəzintiyə çıxırdım...”.

Tunarın indi 5 yaşı var, gələn il birinci sinfə gedəcək. Onun bildiyi nağılların hamısı atası ilə bağlıdır: “Atam bu dünyada hamıdan güclüdür, onun avtomatının qabağında ermənilər qorxub qaçırdılar...”.

Teyyubun adını Samir özü qoyub, ona atasının adını verib.

Bəs 8 yaşlı Nuray nə deyir?

“Atam cəbhədə olarkən bizə üç iris konfet göndərmişdi: birini Teyyuba, birini Tunara, birini də mənə. O, bilirdi ki, mən iris konfeti çox sevirəm...”.

Hələ dünyanın astarını-üzünü, yaxşı-yamanını görməmiş bu balacaların danışdıqlarının bəziləri indiki zamandadır, bəzisi keçmiş. Hansı zamanda olur-olsun, onların danışığı ürək parçalayır...

AZƏRTAC xəbər verir ki, bunlar Binə qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidi Samir Şükürovun övladlarının dedikləridir.

“Tunar hər gecə atasını gözləyir, yuxuya getmir. Samirin şəkillərini sinəsinə sıxandan sonra yuxu onu aparır… Nə qardaşları Arzuman və Yaşar, nə bacıları Solmaz, Gülyanaq və Aygün Samirin yoxluğuna inanmır. Necə inanasan? Nə cür inanasan? Pəhləvan kimi, buz baltası kimi oğlan on beşcə günün içində quş kimi uçub getdi...”.

Bunu da Samirin həyat yoldaşı Zümrüd xanım deyir.

Onlar 2006-cı ildə ailə həyatı qurublar. Binə qəsəbəsində özlərinə yaxşı gün-güzəran düzəldıblər. Bir-birinin ardınca ay parçası kimi üç övladları dünyaya gəlib. Hər şeyin axarı ilə getdiyi bir vaxtda...

2020-ci il oktyabrın 25-i... Hava limanının yaşıllaşdırma təsərrüfatında baş usta işləyən Samir ailə üzvləri ilə sağollaşıb könüllü olaraq cəbhəyə gedib. Heç kimə heç nə demədən, heç kimlə vidalaşmadan... Doğrudanmı o, bu səfərin əbədilik olmayacağını düşünürdü? Doğrudanmı o, öz gedişi ilə həyat yoldaşının, uşaqlarının qəlbinə xal salmaq istəmirdi?

İndi bu haqda danışmaq da, onun əvəzindən mühakimə yüyürtmək də çətindir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində onu geri qaytarmaq istəyiblər, yaşının çoxluğunu əsas gətiriblər. Lakin Samiri heç kim öz istəyindən döndərə bilməyib.

Heç nəyə məhəl qoymadan Vətən müharibəsinə yola düşüb və noyabrın 1-dək həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb. Hal-əhval tutub və harada olduğu, nə üçün getdiyi barədə bir kəlmə də deməyib. Bu, onların son telefon əlaqəsi olub.

Baş leytenant Samir Şükürov Xocavənd uğrunda və Şuşa ətrafında döyüşlərdə iştirak edib. Noyabrın 7-də döyüş yoldaşları ilə ad gününü qeyd edib. Noyabrın 8-də Şuşada Azərbaycan bayrağı dalğalanıb. Noyabrın 9-da isə...

Zümrüd xanım təzədən 20 ay əvvəl baş verən ağır və unudulmaz günlərə qayıdır: “Hamı Şuşanın düşməndən geri alındığını bayram edəndə biz ona yas tuturduq. Zəfər günü Samirin şəhid olması xəbərini eşitdik. Sən demə, o, şəhid olanda müharibənin başa çatmasına bir neçə saat qalırdı”.

O, Birinci Qarabağ döyüşlərinin də iştirakçısı idi. “Komandirim mənim qucağımda canını tapşırıb. Mən o vaxt onun qisasını alacağıma söz vermişdim”,- deyirdi.

Samir həmişə öndə olan döyüşçü olub. Heç vaxt əsgərləri özündən qabağa buraxmayıb. Əməliyyat vaxtı “mən gedirəm, siz ardımca gəlin”, - deyirmiş. Sonuncu döyüşdə də belə olub. Əlində qumbara dağın dibi ilə irəliləyib və... düşmən atəşinə hədəf olub.

1974-cü ildə Lerik rayonunun Kəlvəz kəndində dünyaya gəlmişdi. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmət dövründə Hərbi Ali Məktəbə daxil olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. Baş leytenant Samir Şükürov 1997-ci ildə ehtiyata buraxılıb. Hava limanında “Azprodrom” təminat idarəsində usta işləyirdi. Binə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Özünün yoxluğunda şair qəlbli Vətən sevdalısının bir arzusunu da həyata keçiriblər. Onun yazdığı şerlərdən ibarət “Yarımçıq qalmış arzularım” kitabını dərc ediblər. Şerlərin hamısı Vətən, yurd, torpaq sevgisi ilə köklənib.

Zümrüd xanım həyat yoldaşına göstərilən ehtiramdan razılıq edir: Ramanı qəsəbəsindəki yeni yaşayış kompleksində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi yeni mənzillə təmin edib. Heydər Əliyev Fondu və “YAŞAT” maddi yardım göstərib. Prezident təqaüdü və pensiya alırıq. Lerik Rayon İcra Hakimiyyəti, işlədiyi müəssisənin rəhbərliyi onu unutmur, bizi tez-tez yad edirlər”.

Binə qəsəbəsində onun yaşadığı küçədə və evinin qarşısında “Samir bulağı” inşa olunub. Burada hər şey onu xatırladır, onu yada salır. Məhəllədəki üçotaqlı mənzili öz zövqünə uyğun tikdirmişdi. Bu ev, həyətdə yerə döşənmiş daşlar, divarlar, yamyaşıl həyət hamısı onun yadıgarıdır.

Uşaqlar həyətdə onun izlərini bir-bir xatırlayırlar: “Bu ağacı atamla birlikdə əkmişik. Bu yelləncəyi atam asıb... Bu oyuncağı atam mənə almışdı...”.

Uşaqlar gecələr də yata bilmirlər: “Ana, atam nə vaxt qayıdacaq? Ana, bəs atam niyə gəlmir?”.

Samir isə qayıtmır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu