REGİONLAR


Atasına məxsus avtomobillə avtoxuliqanlıq edən Astara rayon sakini həbs olunub

Astara, 9 mart, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayon sakini İ.Tofiqzadə sürücülük hüququ olmadan atasına məxsus "VAZ 2107" markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan İ.Tofiqzadə barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə avtoxuliqan 15 gün müddətində inzibati qaydada həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.