DÜNYA


Atatürk Hava Limanının köçürülməsinə start verilib

İstanbul, 15 sentyabr, AZƏRTAC

İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının “İstanbul New Airport”a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan 20 ağır tonnajlı maşın mənzil başına çatıb.

Qeyd edək ki, “İstanbul New Airport”nun oktyabrın 29-da - Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

İstanbul valisi Vasip Şahin bildirib ki, Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunacaq.

“Türk Hava Yolları” (THY) baş direktoru Bilal Ekşi isə az əvvəl verdiyi açıqlamasında deyib ki, “İstanbul New Airport”undan ilk uçuş Azərbaycana həyata keçiriləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.