Atatürk Mərkəzində tədbir – Kəlağayı əlvan qıyqacı
AzerTAg.az
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində "Kəlağayı əlvan qıyqacı" adlı sazlı-sözlü Novruz tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin sədri şair-publisist Güllü Eldar Tomarlı tədbirin əhəmiyyətindən danışaraq, milli geyimlərimiz və kəlağayıdan bəhs edib: “El şənliyimiz olan Novruz bayramında milli sərvətlərimizin, həmçinin milli geyimlərimizin sehrinə düşürük. Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatıb.
Daha sonra bədii hissədə saz ifaçıları milli el havaları səsləndriblər.





Xəbərin mətnində orfoqrafik səhv var