ELM VƏ TƏHSİL


“Atəbətül-həqaiq” poeması Azərbaycan dilində nəşr edilib

“Atəbətül-həqaiq” poeması Azərbaycan dilində nəşr edilib

Bakı, 20 iyun, AZƏRTAC 

On ikinci əsrdə yaşamış türk-islam şairi Ədib Əhməd Yügnəkinin “Atəbətül-həqaiq” poeması Azərbaycan dilində çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın tərcüməçisi və tərtibçisi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.

Əsərdə işlənən sözlərin lüğəti hazırlanıb və geniş şərhlər verilib.

Dövrün Qaraxani hökmdarı Məhəmməd Dad İspəhsalar bəyə ithaf olunan əsər əruz vəzninin mütəqaqib bəhrində qələmə alınıb və 250 beytdən ibarətdir.

Əxlaqi-didaktik məzmunda yazılan əsərdə sufizm ideyaları, “Qurani-Kərim”də əksini tapmış yüksək insani keyfiyyətlər, düzlük, doğruluq, dünya və axirət qayğıları tərənnüm olunur.

Kitab mütəxəssislər, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.