MƏDƏNİYYƏT


“Atəşgah məbədi” “Art festival”a hazırlaşır

Bakı, 17 may, AZƏRTAC

Mayın 18-də “Atashgah Art Centre”nin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Art festival” keçiriləcək.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.

Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.

Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.