İDMAN
Atıcılıq üzrə Avropa çempionatının onuncu günü Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının onuncu gününün yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatın onuncu günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub.
Çempionatda kişilər və qadınlar arasında 300 metr məsafəyə tüfənglə, kişilər və gənclər (yeniyetmələr) arasında 25 metr məsafəyə tapançadan standart və sürətli, qadınlar arasında 300 metr məsafəyə üç vəziyyətdə və qarışıq komanda halında 300 metr məsafəyə atəşaçma yarışları keçiriləcək.
Həmçinin qadınlar və yeniyetmələr dairəvi stend atıcılığı yarışında güclərini sınayacaqlar.
Azərbaycanı kişilər arasında 25 metr məsafəyə standart tapança ilə atəşaçma yarışında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov təmsil edəcək.
Dairəvi stend atıcılığı yarışında Nurlana Cəfərova, Regina Meftahətdinova, Püstəxanım Məlikova medallar uğrunda mübarizə aparacaqlar.