İDMAN


Atıcılıq üzrə “Bakı-2022” dünya kuboku yarışında Serbiya komandası ilk pillədə qərarlaşıb

Atıcılıq üzrə “Bakı-2022” dünya kuboku yarışında Serbiya komandası ilk pillədə qərarlaşıb

Bakı, 30 may, AZƏRTAC

Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qadınlar arasında mükafatçılar müəyyənləşib. Belə ki, bütün rəqiblərini üstələyən polşalı Klaudia Bres qalib adına layiq görülüb. Fransa təmsilçisi Camille Jedrzejevski və bolqarıstanlı Antoaneta Kostadinova sonrakı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, iki günün nəticəsinə görə, Serbiya komandası 2 qızıl medalla birinci pillədədir. Hərəyə 1 qızıl, 1 gümüş medal qazanan Fransa və Polşa atıcıları ikinci və üçüncü yerləri tuturlar.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.