İDMAN


Atıcılıq üzrə dünya kuboku yarışı: 10 metr məsafəyə tapança atıcılığı növündə serbiyalı idmançı qalib olub

Atıcılıq üzrə dünya kuboku yarışı: 10 metr məsafəyə tapança atıcılığı növündə serbiyalı idmançı qalib olub

Bakı, 29 may, AZƏRTAC

Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, 10 metr məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb. Həlledici mərhələdə serbiyalı Damir Mikeç Bolqarıstan təmsilçisi Kaloyan Stamenovu məğlub edərək qalib adını qazanıb. Almaniyalı Maykl Şvald isə bürünc medal əldə edib.

İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.