CƏMİYYƏT


Atilla Benli: Yaradılan birlik mövcud sığorta problemlərinin aradan qaldırılması məqsədi daşıyır

İstanbul, 24 may, AZƏRTAC

Sığorta sahəsi üzrə qurumlarımız arasında imzalanan müqavilələr və əldə olunan razılaşmalar mövcud sığorta problemlərinin aradan qaldırılması, eləcə də əlaqələrin müxtəlifliyini təmin etmək məqsədi daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Sığorta Birliyinin rəhbəri Atilla Benli ifadə edib.

“Ölkəmizdə 11-ci Sığorta Həftəsi münasibətilə təşkil etdiyimiz tədbirlərin ən vacib nəticəsi, bizim də üzvü olmaqdan qürur duyduğumuz Türk Dövlətləri Təşkilatına üzv qardaş ölkələrin sığorta birliklərinin yaradılması oldu. Belə ki, bu gün qarşılıqlı əməkdaşlığımızı gücləndirmək və sığorta sektorlarımızda təcrübə mübadiləsindən yararlanmaq məqsədilə çoxtərəfli müqavilələr imzaladıq", - deyə A.Benli bildirib.

O, yeni təsis olunan Türk Dünyası Sığorta Şurası ilə birlikdə, türkdilli ölkələrin təhsil, fundamental infrastruktur, tətbiqetmə mexanizmləri ilə yanaşı, eyni zamanda reytinq və beynəlxalq səviyyəli Türk Dünyası Sığorta sistemini yaratmağı hədəflədiklərini deyib.

Xüsusilə son dövrlərdə baş verən hadisələr, gedən proseslərin birgə sığorta sisteminin formalaşdırılmasının vacibliyini bir daha göstərdiyini deyən A.Benli birgə platforma sayəsində qarşıdan gələn bir il ərzində bir çox problemlərin həlli istiqamətində əhəmiyyətli addımların atılacağına ümidvar olduğunu bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.