İDMAN


“Atletik Bilbao” klubu İbay Qomesi yenidən heyətinə qatıb

Bakı, 10 yanvar, AZƏRTAC

İspaniyanın “Atletik Bilbao” futbol klubu hücumçu İbay Qomesi transfer edib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 29 yaşlı ispan futbolçu “Deportivo Alaves” komandasından transfer olunub. Hücumçu ilə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb.

İbay Qomes cari mövsümdə “Deportivo Alaves”in heyətində 3 oyuna çıxıb.

Qeyd edək ki, Qomes 2010-2016-cı illərdə də “Atletik Bilbao” komandasının heyətində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.