İDMAN


Atletika hakimləri üçün keçirilən seminara yekun vurulub

Bakı, 17 may, AZƏRTAC

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün keçirilən seminara mayın 17-də yekun vurulub.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, birinci seminarda 27 nəfər iştirak edib. Onlardan 21-i imtahandan keçərək sertifikatla təltif edilib. Üç iştirakçı isə seminarı ehtiyat hakim kimi başa vurub.

Növbəti seminar mayın 20-23-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.