İDMAN


Atletika hakimləri üçün növbəti seminara yekun vurulub

Bakı, 24 may, AZƏRTAC

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün keçirilən ikinci seminara yekun vurulub.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, seminar iyulda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədi daşıyır. Sonda iyirimi səkkiz hakim imtahan verib və seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Seminarın lektorları baş hakim Nemət Heydərov və Kənan Məhərrəmov olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.