İDMAN


Atletika hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Atletika Federasiyasının hakimləri nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

Bu sözləri Azərbaycan Atletika Federasiyasının baş hakimi Nemət Heydərov AZƏRTAC-a müsahibəsində bildirib.

Atletika üzrə 37-ci qış çempionatına marağın böyük olduğunu vurğulayan N.Heydərov deyib: yarışlara 240 nəfərin qatılması atletikaya marağın ildən-ilə artdığını göstərir. Beynəlxalq Atletika Assosiasiyasının qaydaları əsasında keçirilən çempionatın daha bir üstünlüyü ondan ibarətdir ki, bu yarışlar hakimlərimiz üçün də sınaq xarakteri daşıyır. Çünki iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında atletlərimizlə yanaşı, hakimlərimiz də iştirak edəcəklər. Azərbaycan Atletika Federasiyasının hakimləri artıq bir neçə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil ediblər. Hakimlərimizin fəaliyyəti həm Beynəlxalq Atletika Assosiasiyası, həm də Avropa Atletika Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib”.

Azərbaycan Atletika Federasiyasına dəvət olunan yeni hakimlərin fəaliyyəti barədə məlumat verən N.Heydərov qeyd edib: “Yeni hakimlərimiz üçün həm təcrübi, həm də nəzəri məşğələlər, eləcə də mart-aprel aylarında treninqlər təşkil edəcəyik. İdman ölkəsi olan Azərbaycan həm də atletika ölkəsidir. Avropa Gənclərinin Yay Olimpiya Festivalı kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın digər növləri kimi, atletikanın da inkişafına mühüm töhfə verəcək. Ümid edirik ki, bu yarışlar yeni hakimlərin təcrübələrini artırması, atletlərimizin uğur qazanması baxımından bizim üçün uğurlu olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.