İDMAN


Atletika üzrə 37-ci qış çempionatına yekun vurulub

Bakı, 9 fevral, AZƏRTAC

Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatına yekun vurulub.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın ikinci günündə kişi və qadın atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış yarışlarında güclərini sınayıblar. Bundan başqa, kişilər üçtəkanlı, qadınlar isə uzunluğa tullanma yarışlarında mübarizə aparıblar. Nüvəitələmə yarışında isə hər iki cinsin nümayəndələri qalib adı uğrunda məharətlərini göstəriblər.

Yarışların ikinci günündə kişilər arasında üçtəkanlı tullanmada Rüstəm Məmmədov, nüvəitələmədə İsmayıl Əliyev qalib adını qazanıblar. Qadınlar arasında isə uzunluğa tullanmada Yekaterina Sarıyeva, nüvəitələmədə Günel Hüseynova birinci yerə layiq görülüblər.

Qaçış növləri üzrə kişilərin yarışında İlham İksanov (200 m), Röyal Qəyyumlu (800 m), İlham Abışov (3000 m) birinci yerdə qərarlaşıblar. Qadınların yarışında isə Zəkiyyə Həsənova (200 m), Natəvan Etibarova (800 m), Anna Yusupova (3000 m), Ayana Seyuşova (maneələrlə 60 m) birinci olublar.

Çempionat Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.