İDMAN


Atletika üzrə Avropa çempionu Nazim Babayev universiadada finala yüksəlib

Bakı, 9 iyul, AZƏRTAC

XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayıb.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlarda atletikanın üç təkanla tullanma növündə Avropa çempionu olan Nazim Babayev təsnifat mərhələsində 16.36 metr nəticə məsafə göstərərək finala yüksəlib. Avropa çempionumuz iyulun 10-da finalda mübarizə aparacaq.

Digər idmançımız IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə çıxış edib. O, təsnifat mərhələsində 11 saniyə nəticə ilə dördüncü olaraq mübarizəni dayandırıb.

Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyev rəhbərliyi ilə qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.