İDMAN


Atletika üzrə Azərbaycan çempionatı keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə 2004-2005-ci təvəllüdlü atletlər arasında ölkə çempionatı keçirilib.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində keçirilən çempionatda 8 klub və cəmiyyətin üzvləri iştirak ediblər.

Yarışda oğlanlar doqquz növdə (60, 300, 600, 1000, estafet 4x200 metr, uzunluğa, üçtəkanlı və hündürlüyə və kürəitələmə) mübarizə aparıblar. Qızlar isə səkkiz növ, o cümlədən 60, 300, 600, 1000, uzunluğa, üçtəkanlı və hündürlüyə tullanma, kürəitələmə) üzrə güclərini sınayıblar.

Qaliblər diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.