İDMAN


Atletika üzrə Azərbaycan millisinin açıq havada məşqləri davam edir

Bakı, 7 sentyabr, İlyas Zeynallı, AZƏRTAC

Sentyabrın 7-də atletika üzrə Azərbaycan milli komandasının açıq havada növbəti məşqi keçirilib.

AZƏRTAC xəbər verir ki, məşqlərə milli komandanın baş məşqçisi Bəhruz Salehli, tullanmalar üzrə məşqçi Ziyad Xəlfəyev və qaçış üzrə məşqçi Ceyhun Hüseynov rəhbərlik ediblər.

Məşqçi Ziyad Xəlfəyev qeyd edib ki, idmançılar məşqlər zamanı tibbi maskadan istifadə və sosial məsafənin qorunması barədə tələblərə riayət edirlər.

Xarici səfərlər haqqında danışan mütəxəssis deyib: “Avqustun sonunda bizə Brilyant Liqadan təklif gəlmişdi. Lakin pandemiya səbəbindən həmin yarışa qatılmadıq. Hazırda qrafikimizdə marta qədər yarış yoxdur. Martda Çinin Nancinq şəhərində keçiriləcək qış dünya çempionatına hazırlaşırıq. Bu yarışdan sonra isə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.

Xatırladaq ki, Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə beynəlxalq turnirdə Tokio Olimpiadasına vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.