İDMAN


Atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 7 yanvar, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Olimpiya Mərkəzində 2002-2003-cü il təvəllüdlü oğlan və qızlar arasında atletika üzrə Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 8 klubu təmsil edən 113 idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, qızlar arasında 60 metr məsafəyə qaçış yarışlarında Ləman Hüseynova qızıl medal qazanıb. 200 və 400 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva, uzunluğa və üçtəkanla tullanmada Sabrina Zralova bütün rəqiblərini qabaqlayıblar. 800 metr məsafəyə qaçışda və nüvəitələmə yarışlarında Günel Manafova fərqlənib.

Oğlanların mübarizəsində uzunluğa və üçtəkanla tullanmada Çingiz İsrafilov, nüvəitələmə yarışlarında Yusif Nəzərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 60 metr məsafəyə qaçışda Əli Abdiyev, 200 və 400 metr məsafəyə mübarizədə Teymur Salahzadə, 800 metr məsafəyə yarışda Emil Hacıyev, 1500 metr məsafəyə qaçışda isə Vahid Kərimov birinci olublar.

İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.