İDMAN
Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib
Bakı, 31 mart, AZƏRTAC
2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.
Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
- 28.03.2024 [12:17]
Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
- 28.03.2024 [11:56]
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.03.2024 [11:44]
Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər
- 28.03.2024 [09:25]